Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı-Qazax yolunun Qobustan rayonu ərazisində yol-qəza hadisəsi

20.08.2006

Saat 18.00 radələrində, Bakı-Qazax yolunun Qobustan rayonu ərazisində, Bakı şəhər sakini Elman Muradovun idarə etdiyi "Nissan" markalı və Göyçay rayon sakini Adışirin Mahmudovun idarə etdiyi "VAZ-2103" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə, xəsarət almış A.Mahmudov və sərnişinləri, arvadı Fatma, oğlu Natiq və qaynı Babayar Orucov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.