Bakı-Astara yolunun Qaradağ rayonu ərazisində yol-qəza hadisəsi
18.08.2006Saat 00.30 radələrində, Bakı-Astara yolunun Qaradağ rayonu ərazisində Salyan rayon sakini Vasif Məmmədov "VAZ-21011" markalı avtomaşını idarə edərkən yolun kənarında dayanmış Qazax rayon sakini Tural Qurbanovun sürücüsü olduğu "İVEKO" markalı avtomaşına vurmuşdur. Nəticədə, xəsarət almış V.Məmmədov və sərnişini, həmyerlisi Zöhrə Məmmədova xəstəxanaya yerləşdirilmişlər. V.Məmmədov orada ölmüş, Z.Məmmədovanın vəziyyəti isə qənaətbəxşdir.