DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində respublikanın cəmi 22 cinayət faktı qeydə alınmışdır

03.05.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 22 cinayət faktı qeydə alınmışdır ki, onların da 21-i «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə1 nəfər ölmüşdür. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə tələfat olmamışdır. Daxili işlər orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 29 nəfər tutulmuşdur.

03.05.2005 tarixinə olan kriminal məlumatlar