Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zöhrab Şirinovdan narkotik vasitə və silah aşkar edilərək götürülmüşdür
15.08.2006Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zöhrab Şirinovdan 0,284 qram heroin, 1 ədəd "PM" markalı tapança və 7 ədəd patron götürülmüşdür. Z.Şirinov və ona tapançanı vermiş Gürcüstan vətəndaşı Şakir Daşdəmirov tutulmuşlar.