Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 30 cinayət faktı qeydə alınmışdır

12.08.2006

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 30 cinayət faktı qeydə alınmışdır ki, onların da 23-ü "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 4 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdır. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 9 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.