Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir

11.08.2006

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsi və Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Borsunlu kəndi ərazisində 10 hektar sahədə yabanı halda bitmiş, çəkisi 12 ton 150 kq olan 14250 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Rəşid Məmmədovdan 0,211 qram heroin və 1,34 qram həşiş götürülmüşdür. Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qobu qəsəbə sakini İlqar Həzrətquliyevin həyatyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 710 qram olan 2 ədəd çətənə kolu, evinə baxış zamanı isə 83,7 qram marixuana aşkar edilərək götürülmüşdür. Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Novruz Süleymanovdan 380 qram, onun qardaşı Eldardan isə 8 qram marixuana götürülmüşdür. Sabunçu RPİ 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Akif Rüstəmovdan 0,157 qram heroin götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsi və Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Borsunlu kəndi ərazisində 10 hektar sahədə yabanı halda bitmiş, çəkisi 12 ton 150 kq olan 14250 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.