Sumqayıt şəhər sakini Elşən Əliyev xuliqanlıq zəminində tutulmuşdur
07.08.2006Sumqayıt şəhəri 17-ci mikrorayonda yaşayan Elşən Əliyev xuliqanlıq zəminində Məhbubə Əliyevanı döymüş, pnevmatik tapançadan atəş açaraq onu yaralamışdır. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Əliyev tutulmuş, ondan 1 ədəd pnevmatik tapança götürülmüşdür.