Bakı-Astara yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində yol-qəza hadisəsi
06.08.2006Saat 12:10 radələrində, Bakı-Astara yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində, Əli Bayramlı şəhər sakini Fariz İbrahimovun idarə etdiyi "Tofaş" markalı və Salyan rayon sakini Əli Alıyevin idarə etdiyi "Kamaz-5320" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə F.İbrahimovun sərnişini, Bakı şəhər sakini Sara Məmmədova hadisə yerində ölmüş, xəsarət almış F.İbrahimov və digər sərnişinləri, Bakı şəhər sakinləri Meygül Şəbiyeva və Şəfiqə Hüseynova xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.