DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
05.08.2006Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Azad Babayevdən 1 kiloqram 230,12 qram heroin, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Binəqədi RPİ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Cəlil Cəbrayılovdan 2,152 qram heroin, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Qırxçıraq kənd sakini Fazilə Tağıyevanın evinə baxış zamanı 180,42 qram çətənə bitkisi aşkar edilərək götürülmüşdür.