Ələt-Astara yolunun Masallı rayonu Binə Xocavar kəndi ərazisində yol-qəza hadisəsi
04.08.2006Saat 21:15 radələrində, Ələt-Astara yolunun Masallı rayonu Binə Xocavar kəndi ərazisində, Sumqayıt şəhər sakini Ələddin Əsgərov "Tofaş" markalı avtomaşını idarə edərkən, onu aşırmışdır. Nəticədə Ə.Əsgərov hadisə yerində ölmüş, xəsarət almış sərnişini, qızı Səidə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.