Gün ərzində 20 cinayət faktı qeydə alınmışdır
01.08.2006Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 20 cinayət faktı qeydə alınmışdır ki, onların da 16-ı "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 4 nəfər ölmüş, 13 nəfər isə yaralanmışdır. Gün ərzində 7 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 23 nəfər tutulmuşdur.