Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi
13.05.2011Saat 21.00 radələrində Suraxanı rayonu ərazisində Bakı şəhər sakini Əsəd Əhmədov "BMW" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı reklam lövhəsinə vurmuşdur. Nəticədə Ə.Əhmədov və sərnişini Rauf İsayev hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri Elton Nəcəfov və Famil Əhmədov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.