Oğurluq etdiklərinə görə tutulmuş Vladimir Qulyaçenkonun və Samir Qurbanovun digər cinayət əməlləri də müəyyən edilmişdir
08.04.2011Binəqədi RPİ əməkdaşları tərəfindən oğurluq etdiklərinə görə tutulmuş Vladimir Qulyaçenkonun və Samir Qurbanovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların, Asif Qurbanova məxsus mağazadan 1600 manat dəyərində ərzaq məhsulları, spirtli içkilər və sənaye malları, Rahib Qədimova məxsus mağazadan isə 500 manat dəyərində tütün məmulatları və spirtli içkilər oğurlamaları da müəyyən edilmişdir.