Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

19.07.2006

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Xəqani Quliyevdən 460,8 qram marixuana, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş İlhamə Əzizovadan 0,262 qram heroin, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə 1-ci Nügədi kənd sakini, əvvəllər məhkum olunmuş Ramin Ağaməmmədovdan 0,246 qram heroin götürülmüşdür.