Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yardımlı rayon sakini Natiq Mirzəyevdən 1 kiloqram 5,7 qram heroin götürülmüşdür

30.03.2011

Martın 31-də Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsinin ərazisində Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Natiq Mirzəyev şübhəli şəxs qismində saxlanılmış və ondan 1 kiloqram 5,7 qram heroin götürülmüşdür. Saxlanılan zaman o, özünə bıçaqla xəsarət yetirməyə cəhd etmişdir. Cəhdin qarşısını alan RPİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Ramin Mehdiyev əlindən xəsarət almışdır.