Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

11 baş qoyunu oğurlamaqda şübhəli bilinən Hövsan qəsəbə sakini Fərahim Qasımov tutulmuşdur

30.03.2011

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də Hilal Rəhimova məxsus 11 baş qoyunu oğurlamaqda şübhəli bilinən Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fərahim Qasımov tutulmuşdur.
F.Qasımovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun martın 18-də Hövsan qəsəbə sakini Rişad Mirzəyevin həyətindən 1 baş qoyunu oğurlaması da müəyyən edilmişdir.