Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

30.03.2011

Martın 31-də saat 10.30 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakinləri Canbulat Kərimovun idarə etdiyi "Ford" markalı, Namiq Əfəndiyevin idarə etdiyi "VAZ-21015" markalı və Abşeron rayon sakini Ramin Qasımovun idarə etdiyi "Toyota-Prado" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış R.Qasımov və sərnişinləri, bacısı Kəmalə və Abşeron rayon sakini Cəmalə Qasımova xəstəxanaya yerləşdirilmişlər. R.Qasımov orada ölmüşdür.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.