Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotik vasitə ilə tutulmuş Ş.Quliyevin digər şəxslərlə birgə Neftçala rayon sakini M.Ağayevin 7 baş qoyununu oğurladıqları müəyyən edilmişdir

30.03.2011

Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Şirxan Quliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun fevralın 11-də Bakı şəhər sakinləri Əli Hüseynov və Tahir Əliyevlə birgə Neftçala rayon sakini Mübariz Ağayevin həyətindən 7 baş qoyunu oğurlayıb həmyerliləri, əvvəllər məhkum olunmuş Cəmşid Həsənovun həyətində kəsərək satmaları müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Hüseynov, T.Əliyev və C.Həsənov tutularaq Neftçala RPŞ-nə təhvil verilmişlər.