Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

"Sədərək" ticarət mərkəzinin qarşısında yol-nəqliyyat hadisəsi

27.03.2011

Martın 28-də saat 19.00 radələrində "Sədərək" ticarət mərkəzinin qarşısında Bakı şəhər sakinləri Musa Quliyevin idarə etdiyi "Mercedes" markalı 174 №-li xətt avtobusu ilə Zaman Həmzayevin idarə etdiyi "Saypa" markalı avtomaşın toqquşmuşdur. Nəticədə M.Quliyevin xəsarət almış sərnişinləri, həmyerliləri Raisa Şəkinskaya, Ziyafət Bayramova, Sənan Seyidov, Nərminə Qistarova, Qumru Məmmədova, Mahizər Əhmədova, habelə xəsarət almış Z.Həmzəyev və sərnişini, Masallı rayon sakini Elmar Ağayev xəstəxanaya yerləşdirilmişlər.
Z.Həmzəyevin, E.Ağayevin və S.Seyidovun vəziyyətləri ağır, digərilərinə isə ilkin tibbi yardım göstərildikdən sonra baraxılmışlar.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

27.03.2011 tarixinə olan kriminal məlumatlar