DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində cəmi 25 cinayət faktı qeydə alınmışdır

21.04.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 25 cinayət faktı qeydə alınmışdır ki, onların da 21-i «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər yaralanmışdır. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə tələfat olmamışdır. Daxili işlər orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.

21.04.2005 tarixinə olan kriminal məlumatlar