Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluqları törətməkdə şübhəli bilinən Tərtər rayon Qapanlı kənd sakini Cəfər Məmmədov və Elgün Abdullayev tutulmuşlar

27.03.2011

Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsindəmartın 26-da Sərdar Behbudova məxsus elektrik naqilini və Yusifov Bayramın evindən oğurluqları törətməkdə şübhəli bilinən Qapanlı kənd sakini Cəfər Məmmədov və Elgün Abdullayev tutulmuşlar.
C.Məmmədovun və E.Abdullayevin ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların 2010-cu ilin dekabr ayından cari ilin yanvar ayınadək olan müddət ərzində Qaynaq kənd sakini Zöhrab Əzimovun həyətindən 30 metr uzunluğunda,  eləcə də Qaynaq kəndinin ərazisindəki məscidi elektrik enerjisi ilə təmin edən kabelinin 30 metr uzunluğunda hissələrini də kəsərək oğurlamaları müəyyən edilmişdir.

27.03.2011 tarixinə olan kriminal məlumatlar