Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi

27.03.2011

Martın 27-də saat 11.00 radələrində Salyan rayonu ərazisində Bakı şəhər sakini Adil Məmmədovun idarə etdiyi "VAZ-21074" markalı və Cəlilabad rayon sakini Seyran Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə hər 2 sürücü hadisə yerində ölmüş, S.Əliyevin xəsarət almış sərnişinləri, Neftçala rayon sakinləri Könül Dadaşova, Nadirə Əhmədova, Pərvanə Əhmədova, Cəlilabad rayon sakinləri Rəqsanə Kərimova və Mehriban Mehdiyeva,  habelə A.Məmmədovun xəsarət almış sərnişini, Bakı şəhər sakini Rüfət Quliyev xəstəxanaya yerləşdirilmişlər.  R.Kərimovaya və N.Əhmədovaya ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

27.03.2011 tarixinə olan kriminal məlumatlar