Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xətai rayonu Babək prospektində yol-nəqliyyat hadisəsi

27.03.2011

Martın 28-də saat 01.00 radələrində Xətai rayonu Babək prospektində Bakı şəhər sakini Cavidan Nağızadə idarə etdiyi "QAZ-31" markalı avtomaşını yolun kənarındakı dirəyə vurmuş, bu zaman avtomaşının mühərrik hissəsində yanğın baş verdiyindən yanar konstruksiyaları qismən yanmışdır. Nəticədə sərnişini, Bakı şəhər sakini Rüstəm Həşimov hadisə yerində ölmüş, xəsarət almış C.Nağızadə və digər sərnişinləri, həmyerliləri Emin Səfərov, Qoşqar Nuriyev, Tural Budaqov və Vüsal Şixəliyev isə xəstəxanaya yerləşdirilmişlər.
Xətai RPİ tərəfindən araşdırma aparılır.

27.03.2011 tarixinə olan kriminal məlumatlar