Xətai rayonu Babək prospektində yol-nəqliyyat hadisəsi
27.03.2011Martın 28-də saat 01.00 radələrində Xətai rayonu Babək prospektində Bakı şəhər sakini Cavidan Nağızadə idarə etdiyi "QAZ-31" markalı avtomaşını yolun kənarındakı dirəyə vurmuş, bu zaman avtomaşının mühərrik hissəsində yanğın baş verdiyindən yanar konstruksiyaları qismən yanmışdır. Nəticədə sərnişini, Bakı şəhər sakini Rüstəm Həşimov hadisə yerində ölmüş, xəsarət almış C.Nağızadə və digər sərnişinləri, həmyerliləri Emin Səfərov, Qoşqar Nuriyev, Tural Budaqov və Vüsal Şixəliyev isə xəstəxanaya yerləşdirilmişlər.
Xətai RPİ tərəfindən araşdırma aparılır.
Xətai RPİ tərəfindən araşdırma aparılır.