Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi

26.03.2011

Martın 26-da saat 03.45 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində qəsəbə sakini Asim Rüstəmovun idarə etdiyi "VAZ-2106" markalı və Bakı şəhər sakini Ülvi Qayıbovun idarə etdiyi "Daewoo Nubira" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və sərnişinlər, Maştağa qəsəbə sakini Hüseyn Məmmədov, Bakı şəhər sakini Yevgeniya Papoviç xəstəxanaya yerləşdirilmişlər.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.