Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonu Xocəsən kəndinin ərazisində yol-nəqliyyat hadisəsi

26.03.2011

Martın 26-da saat 13.00 radələrində Binəqədi rayonu Xocəsən kəndinin ərazisində Şahbuz rayon sakini Mehdi Rəfiyevin idarə etdiyi "KamAz" markalı və Sumqayıt şəhər sakini Oktay Məmmədovun idarə etdiyi "Moskviç-412" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış O.Məmmədov və sərnişinləri, Sumqayıt şəhər sakinləri Arif Məmmədov və Asim Davudov xəstəxanaya yerləşdirilmişlər.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.