Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 55 cinayət faktı qeydə alınmışdır

25.03.2011

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 55 cinayət faktı qeydə alınmış, onların da 28-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 18 nəfər isə yaralanmışdır.
  • 9 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 35 nəfər tutulmuşdur.

25.03.2011 tarixinə olan kriminal məlumatlar