DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
17.07.2006Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xocavənd kənd sakini İsrail Mikayılovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 1 kiloqram 135 qram olan 4 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Gürcüstan vətəndaşı Aftandil Mamulaşvilidən 6,922 qram heroin götürülmüşdür.