Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Lənkəran şəhər sakini E.Şəfiyevin avtomaşınından mobil telefonunu oğurlamış T.Gülverdiyev tutulmuşdur

23.03.2011

Martın 22-də, Lənkəran şəhərinin ərazisində, naməlum şəxs şəhər sakini Elvin Şəfiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşına sərnişin qismində oturaraq Boradigah qəsəbəsinə gedəcəyini bildirmişdir. Boradigah qəsəbəsinin ərazisində həmin şəxsin gediş haqqı kimi verdiyi pulu xırdalamaq üçün E.Şəfiyev avtomaşından düşərək yaxınlıqdakı mağazaya girmiş və orada pulun saxta olduğunu öyrənmişdir. Avtomaşınına qayıtdıqda isə naməlum sərnişinin ona məxsus mobil telefonu götürərək hadisə yerindən qaçdığını görmüşdür.
Faktla əlaqədar E.Şəfiyev polisə ərizə ilə müraciət etmişdir. Bununla bağlı Masallı RPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxsin Boradigah qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tofiq Gülverdiyev olması müəyyən edilmiş və o, tutulmuşdur.

23.03.2011 tarixinə olan kriminal məlumatlar