Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonunun Yeni Ramana qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır

23.03.2011

Martın 23-də, saat 19:10 radələrində, Suraxanı rayonu Yeni Ramana qəsəbəsində, Suraxanı qəsəbə sakini Oqtay Şafatov "VAZ-2106" markalı avtomaşını idarə edərkən, onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə O.Şafatov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, Əmircan qəsəbə sakinləri Elməddin Rüstəmov və Araz Rüstəmov xəstəxanaya yerləşdirilmişlər. Vəziyyətləri orta ağırdır.
Suraxanı RPŞ tərəfindən araşdırma aparılır.

23.03.2011 tarixinə olan kriminal məlumatlar