Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaraçuxur qəsəbəsinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər xəsarət almışdır

23.03.2011

Martın 23-də, saat 04:20 radələrində, Qaraçuxur qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Muradcan Nişanovun idarə etdiyi "Nissan X-trail" markalı və Süleyman Qurbanovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuş və bu zaman, "Nissan X-trail" markalı avtomaşının mühərrik hissəsində yanğın baş verdiyindən, yanar konstruksiyaları qismən yanmışdır. Nəticədə xəsarət almış M.Nişanov və S.Qurbanovun sərnişinləri, Bakı şəhər sakinləri Kamil Həbibov, İlqar Əsgərov, Asif Qurbanov xəstəxanaya yerləşdirilmişlər.
Araşdırma Suraxanı RPİ tərəfindən aparılır.

23.03.2011 tarixinə olan kriminal məlumatlar