Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Kürdəmir rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər xəsarət almışdır

23.03.2011

Martın 23-də, saat 11:40 radələrində, Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində Gəncə şəhər sakini Vahid Məlikov idarə etdiyi, "Fatoğlu Azərbaycan Ltd." MMC-yə məxsus "Fiat Albea" markalı və Bakı şəhər sakini Tural Hüseynovun idarə etdiyi "Range Rover" markalı avtomaşınlar toqquşmuş və bu zaman “Fiat Albea” markalı avtomaşında yanğın baş vermişdir. Nəticədə xəsarət almış R.Məlikov və sərnişinləri, Gəncə şəhər sakinləri Vəsilə Xəlilova, Aygün Xəlilova xəstəxanaya yerləşdirilmişlər.
"Fiat Albea" markalı avtomaşında olan "Fatoğlu Azərbaycan Ltd." MMC-yə məxsus 200.568 manat puldan 150.568 manatı qismən yanmışdır.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

23.03.2011 tarixinə olan kriminal məlumatlar