Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qayınanası Firəngiz Həmidovanı və qaynı Elxan Həmidovu qətlə yetirmiş Şabran rayon sakini İmran Mirzəyev tutulmuşdur

22.03.2011

Martın 22-də Şabran rayon sakini İmran Mirzəyev qayınanası Firəngiz Həmidovaya məxsus mağazada ailə münaqişəsi zəminində odlu silahdan atəş açaraq onu öldürmüş, qaynı Elxan Həmidov və qaynatası Nazim Həmidov isə yaralamışdır. E.Həmidovu xəstəxanaya aparılarkən yolda ölmüş, N.Həmidovun vəziyyəti isə qənaətbəxşdir. Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Mirzəyev tutulmuş, ondan 1 ədəd ov tüfəngi götürülmüşdür.

22.03.2011 tarixinə olan kriminal məlumatlar