Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayon sakini Sərdar Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən Aynur Məmmədova tutularaq istintaqa təhvil verilmişdir

20.03.2011

Martın 20-də saat 10.00 radələrində Nərimanov rayonunun Daş Karxanası küçəsində, odeyala və salafana bükülmüş  yuxarı və aşağı ətrafları, habelə başı kəsilmiş halda kişi cəsədi tapılmışdır. DİN Baş Cinayət-Axtarış İdarəsi, Bakı Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Nərimanov RPİ və Nərimanov rayon Prokurorluğu tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində, onun mart ayının 12-də itkin düşmüş Nərimanov rayon sakini Sərdar Məmmədov olması, eləcə də evində kirayədə yaşayan Aynur Məmmədova tərəfindən bıçaqla qətlə yetirilməsi, hissələrinin kəsilərək zibilliyə atılması müəyyən edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Aynur Məmmədova tutularaq istintaqa təhvil verilmişdir.

20.03.2011 tarixinə olan kriminal məlumatlar