Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xaçmaz rayon Nərəcan kənd sakini Çingiz Ağacanova məxsus evdə təbii qazın sızmasından ani partlayış baş vermişdir

20.03.2011

Saat 08.50 radələrində Xaçmaz rayonunda, Nərəcan kənd sakini Çingiz Ağacanova məxsus ümumi sahəsi 77 kvadratmetr olan 2 mərtəbəli 4 otaqlı evdə təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə evin qapı və pəncərə şüşələri sınmış, dam örtüyü qismən dağılmış, xəsarət almış Ç.Ağacanov isə xəstəxanaya yerləşdirilmişdir.    
Ç.Ağacanov aldığı xəsarətdən həmin gün saat 15.10 radələrində ölmüşdür.

20.03.2011 tarixinə olan kriminal məlumatlar