Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bərdə rayonunun Darğalar kəndi ərazisində yol-nəqliyyat hadisəsi

18.03.2011

Martın 18-də saat 18.55 radələrində Bərdə rayonunun Darğalar kəndi ərazisində Ağdam rayon sakini Cahangir Vəliyevin idarə etdiyi "Mercedes" markalı və Kələntərli kənd sakini İsmayıl Əliyevin idarə etdiyi "Mercedes-180" markalı avtomaşınlar toqquşmuş, sonradan C.Vəliyev idarəetməni itirərək avtomaşınını yaxınlıqdakı yanacaq doldurma məntəqəsində yanacaq dolduran Dəymədağlı kənd sakini İlham Qafarova məxsus "Mercedes" markalı avtomaşına vurmuşdur. Nəticədə İ.Qafarov aldığı xəsarətdən hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, Dəymədağlı kənd sakini Təranə Qafarova, Tərtər rayon sakini Bənövşə Abbasova, Rəvan Xəlilov və yanacaq-doldurma məntəqəsinin işçisi Samir Əsgərzadə xəstəxanaya yerləşdirilmişlər.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

18.03.2011 tarixinə olan kriminal məlumatlar