Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi

16.03.2011

Martın 16-da saat 18.40 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində Sumqayıt şəhər sakini Telman Səfixanov idarə etdiyi "VAZ-21011" markalı avtomaşını yolu ayıran beton səddə vurmuşdur. Nəticədə T.Səfixanov və sərnişinlərindən, həmyerliləri Sadiq Rəhimli, onun arvadı Ruhiyyə və oğlu Cavid hadisə yerində ölmüş, digər sərnişini, Saatlı rayon sakini Validə Rəhimova isə xəstəxanaya yerləşdirilmişdir.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.