Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 56 cinayət faktı qeydə alınmışdır

09.03.2011

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 56 cinayət faktı qeydə alınmış, onların da 23-ü “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.
  • 9 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 1 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 34 nəfər tutulmuşdur.

09.03.2011 tarixinə olan kriminal məlumatlar