Bakı şəhər sakini Böyükxanım Nuriyevaya məxsus mağazada təbii qazın sızmasından ani partlayış baş vermişdir
09.03.2011Martın 9-da saat 17.05 radələrində Xətai rayonu X.Məmmədov küçəsində Bakı şəhər sakini Böyükxanım Nuriyevaya məxsus mağazada təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə mağazanın vitrin şüşəsi sınmış və şüşə parçalarından birinin orada satıcı işləyən Rüstəm Bayramova dəydiyindən ona xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Araşdırma aparılır.
Araşdırma aparılır.