Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Böyükxanım Nuriyevaya məxsus mağazada təbii qazın sızmasından ani partlayış baş vermişdir

09.03.2011

Martın 9-da saat 17.05 radələrində Xətai rayonu X.Məmmədov küçəsində Bakı şəhər sakini Böyükxanım Nuriyevaya məxsus mağazada təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə mağazanın vitrin şüşəsi sınmış və şüşə parçalarından birinin orada satıcı işləyən Rüstəm Bayramova dəydiyindən ona xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Araşdırma aparılır.

09.03.2011 tarixinə olan kriminal məlumatlar