Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonu Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi

09.03.2011

Martın 9-da saat 00.10 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Bakı şəhər sakinləri Təranə Yolçuyevanın idarə etdiyi "Hyundai-Tucson" markalı və Elçin Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və E.Məmmədovun sərnişinləri, həmyerliləri Təranə Məmmədova, Aygün Məmmədova, Nuray Babayeva, Dəniz Məmmədli xəstəxanaya yerləşdirilmişlər.
T.Məmmədova orada ölmüş, E.Məmmədovun vəziyyəti ağır, digərilərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

09.03.2011 tarixinə olan kriminal məlumatlar