Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilinən 4 nəfər Zaqatala rayon sakinləri tutulmuşlar

07.03.2011

Martın 7-nə keçən gecə Zaqatala rayonu ərazisində rayon sakini Azər Şamxalova məxsus mağazadan pəncərədən girmək yolu ilə 36 manat pul oğurlanmışdır.
Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Turpal Abdurahmanlı, Ramin Əliyev, Sərxan Davudov və Amin Mürsəlov tutulmuşlar.
T.Abdurahmanlının, R.Əliyevin, S.Davudovun və A.Mürsəlovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların, F.İbrahimova məxsus mağazadan da oğurluq etmələri müəyyən edilmişdir.

07.03.2011 tarixinə olan kriminal məlumatlar