Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Saxta diplom hazırlayaraq satmaqda şübhəli bilinən Bakı şəhər sakini Təranə Abdullayeva tutulmuşdur

06.03.2011

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Təranə Abdullayeva Azərbaycan Beynəlxalq Universitetinin saxta diplomunu hazırlayaraq həmyerlisi Rövşən Məmmədova satarkən tutulmuşdur.
T.Abdullayevanın üstünə baxış zamanı Azərbaycan Beynəlxalq Universitetinin saxta diplomu aşkar edilərək götürülmüşdür.
Faktla əlaqədar DİN BMCMİ-nin istintaq şöbəsi tərəfindən cinayət işi başlanmışdır.

06.03.2011 tarixinə olan kriminal məlumatlar