Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Vüsal Əzizov və Eldəniz Mehdiyev tutulmuşlar

06.03.2011

Martın 4-də Sumqayıt şəhəri 11-ci mikrorayonun ərazisində şəhər sakini Rafiq Quliyevə məxsus tikilməkdə olan evdən 1100 metr uzunluğunda elektrik kabeli oğurlanmışdır.     
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Vüsal Əzizov və Eldəniz Mehdiyev tutulmuşlar.
V.Əzizovun və E.Mehdiyevin ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların "Yaşıl Dərə" adlandırılan ərazidə Sumqayıt şəhər sakini Nazir Pirməmmədova məxsus evdən də 170 metr uzunluğunda elektrik kabeli oğurlamaları müəyyən edilmişdir.

06.03.2011 tarixinə olan kriminal məlumatlar