Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Goranboy rayonu ərazisində yol-nəqliyyat hadisəsi

06.03.2011

Martın 6-da saat 21.00 radələrində Goranboy rayonu ərazisində rayon sakinləri Rüfət Məcidovun idarə etdiyi "Mersedes-C180" markalı, Ramiz Məmmədovun idarə etdiyi "KamAZ-54112" markalı, Şəmkir rayon sakini İlqar Abdullayevin idarə etdiyi "Naz Livan" markalı və Şamaxı rayon sakini Raqil Bilalovun idarə etdiyi "VAZ-21063" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə İ.Abdullayevin sərnişini, Gəncə şəhər sakini Ədalət Musayev hadisə yerində ölmüş, xəsarət almış hər 3 sürücü və İ.Abdullayevin digər sərnişinləri, Belorus vətəndaşları Leonid Malinski və Vladimir Sekan  isə xəstəxanaya yerləşdirilmişlər.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

06.03.2011 tarixinə olan kriminal məlumatlar