Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 47 cinayət faktı qeydə alınmışdır

28.02.2011

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 47 cinayət faktı qeydə alınmış, onların da 21-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 12 nəfər isə yaralanmışdır.
  • 10 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 4 nəfər yaralanmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 24 nəfər tutulmuşdur.

28.02.2011 tarixinə olan kriminal məlumatlar