Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nizami rayonu H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi

28.02.2011

Fevralın 28-də saat 08.30 radələrində Nizami rayonu H.Əliyev prospektində Sabunçu RPİ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin baş inspektoru, polis mayoru Nazim Həsənov idarə etdiyi "Hyundai-Sonata" markalı avtomaşını işıq dirəyinə  vurmuşdur. Nəticədə N.Həsənov hadisə yerində ölmüş, avtomaşından qopmuş  hissələri yaxınlıqdan keçən Bakı şəhər sakinləri Oleq İzbaşın idarə etdiyi "LEXUS" markalı və Rüstəm Ağaməmmədovun idarə etdiyi "Chevrolet" markalı avtomaşınlara dəydiyindən xəsarət almış hər 2 sürücüyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Nizami RPİ tərəfindən araşdırma aparılır.

28.02.2011 tarixinə olan kriminal məlumatlar