Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi

26.02.2011

Fevralın 26-da saat 15.30 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisində Bakı şəhər sakini Aydın Məmmədzadə idarə etdiyi "Nissan-Pathfinder" markalı avtomaşını aşırmışdır. Nəticədə A.Məmmədzadə hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, Bakı şəhər sakinləri Rasim Əliyev və Sadiq Mahmudov xəstəxanaya yerləşdirilmişlər.
Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.