Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nizami rayon sakini Ramin Zeynalova xəsarət yetirmiş Elşən Haqverdiyev tutulmuşdur

25.02.2011

Fevralın 18-də saat 22.30 radələrində Nizami rayonu Keşlə qəsəbəsi 8-ci Köndələn küçəsindən Ramin Zeynalov bel nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmişdir. R.Zeynalov izahatında ehtiyatsızlığı nəticəsində yıxılmasından xəsarət almasını bildirmişdir.
Aparılmış araşdırmalar zamanı R.Zeynalova bıçaqla xəsarətin münaqişə zəminində həmyerlisi Elşən Haqverdiyev tərəfindən yetirilməsi müəyyən edilmişdir.
Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Haqverdiyev tutulmuşdur.