Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xaçmaz rayonunun Ləcət kəndi ərazisində yol-nəqliyyat hadisəsi

25.02.2011

Fevralın 25-də saat 17.00 radələrində Xaçmaz rayonunun Ləcət kəndi ərazisində Köhnə Xudat kənd sakini Elşad İbrahimovun idarə etdiyi "Nissan Bluebird" markalı, Xaçmaz şəhər sakini Cavid Məmmədovun idarə etdiyi "Fiat Doblo"  markalı və Xudat şəhər sakini Fəxrəddin Vəliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə E.İbrahimovun sərnişinlərindən, Sumqayıt şəhər sakini Akif Hacıyev hadisə yerində, Şollar kənd sakini İmaməddin Şahmirov isə xəstəxanada ölmüş, xəsarət almış E.İbrahimovun özü, habelə C.Məmmədovun sərnişini, Xaçmaz şəhər sakini Nazim Hacıyev xəstəxanaya yerləşdirilmişlər.
Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.